Mənşəyi məlum olmayan ətin satışa çıxarılmasının qarşısı alınıb
Daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə Sumqayıt şəhəri, Sumqayıtçay ərazisində fəailiyyət göstərən Əlibəyov Rəşad Şiraslan oğluna məxsus obyektdə yoxlama keçirib.
Baxış zamanı mənşəyi məlum olmayan, aşkar korlanma əlamətləri olan ümumi çəkisi 263,6 kq heyvan əti aşkarlanıb. Müayinələrin aparılması məqsədilə ətdən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Araşdırmalar davam etdirilir, faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülməkdədir.