Sosial Xidmətlər Agentliyi tərəfindən ötən dövrdə - 622 uşaq övladlığa verilib

Hit: 388
Sosial Xidmətlər Agentliyi tərəfindən ötən dövrdə - 622 uşaq övladlığa verilib
Övladlığagötürmə sahəsində idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunduğu 1 noyabr 2019-cu ildən bu günədək Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən  622 uşaq övladlığa verilib. 
 
Onlardan 310-u oğlan, 312-si qızdır. 
 
Nazirliyin digər fəaliyyət sahələrində olduğu kimi, övladlığagötürmə sahəsində də idarəetmə və xidmətlər elektron infrastruktur üzərindən həyata keçirilir. 
 
Övladlığa verilən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına nəzarət edilir. Bu məqsədlə həmin uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə ildə bir dəfə  olmaqla monitorinqlər həyata keçirilir. Ötən dövrdə 6 minə yaxın belə monitorinq həyata keçirilib.








Redaktorun seçimi