MBA proqramı çərçivəsində səhiyyədə risklərin idarə edilməsi fənninin tədrisi üzrə müəllimlərin işə qəbulu elan olunur
Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində Yüksək Təhsil İnstitutunun Beynəlxalq Biznes Məktəbinin MBA proqramı çərçivəsində 2024/2025-ci tədris ilinin payız semestri üzrə səhiyyədə risklərin idarə edilməsi fənninin ingilis dilində tədrisi üzrə müəllimlərin işə qəbulu elan olunur.
Tələblər:
· İqtisadiyyat, menecment, biznesin idarə olunması, statistika, səhiyyə sahələrində ən azı magistr dərəcəsinin olması;
· Minimum 1 il pedaqoji təcrübənin olması;
· Ən azı 3 illik sənaye təcrübəsinin olması (sənaye nümayəndələri üçün);
· Axşam saatlarında (18:30-21:30 aralığı) tədris aparmaq imkanının olması;
· Azərbaycanda təhsil almış namizədlərin 2024/2025-ci tədris ilinin sonuna qədər etibarlı olan ingilis dili üzrə minimum İELTS 6.0 yaxud ona ekvivalent TOEFL sertifikatına malik olması.
QEYD: Xaricdə ingilis dilində təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə CV, diplomun surəti və iddia etdikləri fənn yaxud fənlər üzrə təqdim olunan nümunəyə uyğun sillabus hazırlayıb [email protected] elektron ünvanına göndərə bilərlər..
Namizədlər sillabusu nümunəyə uyğun ingilis dilində təqdim etməlidir.
Müraciət üçün son tarix: 13.09.2024, saat 18:00