“YAŞAT” Fondunun “Ənənə” yay düşərgəsi başlayıb - FOTOLAR

Hit: 1289
“YAŞAT” Fondunun “Ənənə” yay düşərgəsi başlayıb - FOTOLAR
13-18 avqust 2024-cü il tarixində Göygöl rayonunun Milli Yaylaq Festivalı ərazisində şəhid övladları üçün ‘’Ənənə” yay düşərgəsi başlayıb. Düşərgə “YAŞAT” Fondunun təşkilatçılığı, Göygöl Rayon İcra Hakimiyyətinin, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təfəfdaşlığı, “Bakcell”in baş sponsorluğu ilə keçirilir.
 
50 nəfərədək şəhid övladının qatıldığı düşərgə hərbi vətənpərvərlik və milli ənənələr mövzusunda baş tutur.
 
Açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və digər qonaqlar iştirak ediblər.  
 
İştirakçılara düşərgənin məqsədi barədə məlumat verilib və uğurlar arzu edilib. 
 
Beş gün davam edəcək düşərgədə iştirakçılar üçün oxatma, atçılıq, və digər qədim milli oyun növləri üzrə yarışlar keçiriləcək. Məqsəd vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır. 
 
Xatırladaq ki, “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün bundan əvvəl Londonda yay məktəbi, Antalyada isə yay düşərgəsi təşkil edilib. 
 
Fond tərəfindən şəhid övladları üçün mütəmadi olaraq düşərgələr, müxtəlif kurslar, layihələr və təlimlər təşkil edilir, onların yüksək səviyyəli təhsilinə dəstək göstərilir.
 
Baş sponsor: Bakcell
 
Media dəstəyi:  ASAN TV və  ASAN Radio

 

1
1
1
1








Redaktorun seçimi