Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Zaqatalada birgə tədbir keçiriblər - FOTOLAR

Hit: 961
Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Zaqatalada birgə tədbir keçiriblər - FOTOLAR
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Zaqatala rayonunda Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Dövlət Sərhəd Xidmətinin yüksəkrütbəli hərbi qulluqçuları şəxsi heyətlə birgə tədbir keçiriblər.
 
Hərbi Prokurorluğun mətbuat xidmətindən Faktor.az-a verilən məlumata görə, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin, şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa dilənib.
 
Hərbi prokurorun böyük köməkçisi-mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev, Zaqatala hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Emin Quliyev, polkovnik Müşviq Qəmxarov, eləcə də digər şəxslər tədbirdə çıxış ediblər.
 
Onlar çıxışlarında müstəqillik yolumuzu və firavan gələcəyimizi nurlandıran nəhəng tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq istiqbalına hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizdə görülmüş müstəsna işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə qazanılmış misilsiz uğurlardan söz açıblar. Çıxışçılar, həmçinin ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından danışıblar.
 
Tədbirdə, eyni zamanda, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, o cümlədən ekoloji cinayətlərdən və məsuliyyətdən danışılıb.
 
Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub. Onları maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin qayğı və problemləri ilə maraqlanılıb.
 
Tədbirdən sonra ağaclar əkilib.
1
1
1
1
1
1








Redaktorun seçimi