İmişli Rayon Mərkəzi Xəstəxanasının direktoru vəfat edib
İmişli Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər Kazımov 08.08.2024-cü il tarixində uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, Kazımov Azər Sadiq oğlu 25.12.1966-cı ildə İmişli şəhərində anadan olub.
1987-1992-ci illər ərzində Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsində, 1992-1993-cü illərdə isə İmişli rayon Stomatoloji Poliklinikada internatura təhsili alıb. 1992-ci ildən 2002-ci ilə qədər İmişli rayon Stomatoloji Poliklinikada stomatoloq kimi fəaliyyət göstərib.
2002-2021-ci illər ərzində İmişli Rayon Mərkəzi Xəstəxanasında stomatoloq vəzifəsində çalışıb. 2021-ci ildən etibarən həmin xəstəxanada direktorun səlahiyyətlərini icra edən Azər Kazımov 25 noyabr 2022-ci il tarixindən etibarən tibb müəssisənin direktoru vəzifəsində çalışıb.
TƏBİB rəhbərliyi və kollektivi adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik!