“Qızların idman vasitəsi ilə səlahiyyətləndirilməsi” mövzusundakı seminardan - FOTOLAR
Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun (UNFPA) və BMT-nin Qadınlar Agentliyinin (UN Women) təşkilatçılığı və “Kişilər Gender Bərabərliyi Uğrunda – Men For Gender Equality” virtual platformasının dəstəyi ilə 3 avqustda “Çinar Kitab Evi”nin seminar zalında “Qızların idman vasitəsi ilə səlahiyyətləndirilməsi” mövzusunda seminar keçirildi.
Seminarın əsas məqsədi kişilərin cəlbi və iştirakçılığı ilə cəmiyyətdə qız uşaqlarının dəyərinin təşviq edilməsi və onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların əhəmiyyətini təbliğ etməkdir.
Seminar zamanı ekspertlər - Dinşünas Fərid Abdullah və Vinq Çun üzrə 3 qat Azərbaycan Çempionu Turan Əlizadə gender bərabərsizliyinə yol açan səbəblər və qızların idman vasitəsi ilə səlahiyyətləndirilməsi mövzusunda danışıblar.
Seminar Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyi tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində baş tutur.