Ana dilimiz milli-mənəvi sərvətimiz, milli kimliyimizdir!

Hit: 547
Ana dilimiz milli-mənəvi sərvətimiz, milli kimliyimizdir!

Ölkəmizdə 1 avqust “Azərbaycan Əlifbası və Azərbaycan dili günü”, ölkənin dil və mədəniyyət tarixində mühüm bir hadisə olaraq qeyd olunur. Qeyd edək ki, 2001-ci ildən etibarən xalqımız bu gün əlifba bayramı günü kimi qeyd edir. Bu tarix, latın qrafikalı Azərbaycan əlifbasına keçidin rəsmi olaraq tamamlandığı gündür. Azərbycanda latın qrafikasına keçid, milli kimliyin və dilin qorunması baxımından əhəmiyyətli bir addım olmuşdur. Bu keçid 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra daha da sürətləndirilmişdir.

Əlifba Gününün təsis edilməsi ana dilimizə olan qayğının vacib göstəricisidir. Bu günün təsis edilməsi, həm də ana dilimiz olan Azərbaycan dilinin qorunması və inkişafı üçün böyük əhəmiyyət daşıyır, həmçinin Azərbaycan əlifbasının keçmişindən bu gününə qədər olan inkişaf yolunu xatırlamaq, bu yolda çəkilən zəhməti qiymətləndirmək imkanı yaradır. Bildiyimiz kimi, hər bir dil ayrı-ayrılıqda bir mədəniyyətin, bir tarixin daşıyıcısıdır və bu mənada əlifbamızın günü bu dəyərlərin qorunmasına töhfə verir. Heç şübhəsiz bu günün qeyd edilməsi dövlətin ana dilinə və mədəniyyətə olan qayğısının göstəricisidir. Dövlətin bu cür tədbirlərlə dilimizi və mədəniyyətimizi qorumaq və inkişaf etdirmək niyyəti aydın şəkildə görünür.

Ümummilli lider Heydər Əliyev ana dilimizin və əlifbamızın qorunmasında və inkişafında böyük rol oynayıb. Onun təşəbbüsü və rəhbərliyi ilə müstəqillik illərində Azərbaycan əlifbasının latın qrafikasına keçidi təmin olundu, bu da dilimizin beynəlxalq standartlara uyğunlaşmasına və daha geniş yayılmasına şərait yaratdı. Ulu Öndər həmçinin, dilimizin dövlət dili statusunu möhkəmləndirdi və onun tədrisi və istifadəsi ilə bağlı bir çox qanunların qəbul edilməsində mühüm rol oynadı.

Məhz dahi Liderin sayəsində Ölkəmiz ana dilimizin beynəlxalq aləmdə tanınmasına və qəbul edilməsi istiqamətində uğurlu nəticələr əldə etdi. Həyata keçirilinə bütün tədbirlər nəticə etibarilə, dilimizin beynəlxalq mədəniyyətlər arasında tanınmasına və yayılmasına imkan yaratdı.

Dünyamalı Məmmədli; Neftçala rayonu, həkim









Redaktorun seçimi