Faktor.az xəbər portalı təltif edildi - FOTOLAR

Hit: 649
Faktor.az xəbər portalı təltif edildi - FOTOLAR
Azərbaycan Fotoqrafiya Federasiyası və Gilavar Foto Klubu ictimai birliyinin təşkilatçılığı ilə ənənəvi “Foto Kadr 2023” mükafatlandırma mərasimi keçirilib.
 
Tədbiri giriş sözü ilə açan Birliyin İdarə Heyətinin sədri Rəşad Mehdiyev qeyd edib ki, Gilavar Foto Klubunun əsas məqsədi ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq və imkanlarından istifadə etmək, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq fotomüsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada fotolar vasitəsi ilə tanıtmaqdır.
 
Bu məqsədə çatmaq üçün Birlik tərəfindən hər il müxtəlif layihələr, fotomüsabiqələr, fotosərgilər, ustad dərsləri təşkil edilir.
 
Tədbirdə Gilavar Foto Klubu tərəfindən təşkil edilən, eləcə də digər beynəlxalq yarışlarda fərqlənən azərbaycanlı fotoqraflara, medallar, xüsusi lentlər və diplomlar, Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri adlarını qazanan həmyerlilərimizə isə sertifikatlar və döş nişanları təqdim olunub
 
Mükafat alanlar arasında Faktor.az xəbər portalı da olub. Mükafatı Rəşad Mehdiyev saytın Baş Redaktoru Aslan Abbaszadəyə təqdim edib.
 
Qeyd edək ki, Faktor.az xəbər portalı Gilavar Foto Klubuna informasiya dəstəyi göstərir.
 
1
1








Redaktorun seçimi