BMT Naxçıvanda icra edəcəyi layihələrin sayını artırır

Hit: 557
BMT Naxçıvanda icra edəcəyi layihələrin sayını artırır
Dünən biz muxtar respublikaya səfər çərçivəsində səlahiyyətli nümayəndə və Ombudsmanla görüşdük. İqlim dəyişikliyi ilə əlaqədar təşkil olunan bu tədbirin əsas əhəmiyyəti ondan ibarətdir ki, təmiz suya əlçatanlıq kimi baza təməl məsələlər məhz insaq hüquqlarının təməlini təşkil edən faktorlardır.
 
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bunu Naxçıvanda keçirilən “İqlim Dəyişikliyi və İnsan Hüquqları” mövzusunda konfrans çərçivəsində jurnalistlərə müsahibəsində BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo söyləyib.
 
“Mən Qarabağda, Lənkəranda, Azərbaycanın əksər rayonlarında olmuşam. Bakı ilə Naxçıvanın iqlimi tamam fərqlidir. Naxçıvan isti yerdir. Eyni zamanda Bakı ilə müqayisədə burada nəmişlik yoxdur. Naxçıvan Biznes Mərkəzində gördüklərim məni təəccübləndirdi. Bakının supermarketlərindən aldığım məhsulların Naxçıvan istehsalı olduğunu öyrəndim. Nümunə üçün aldığım suyu göstərə bilərəm. Mən dünən eyni zamanda Duzdağda oldum, çox gözəl texniki qulluq göstərilən məkandır. BMT-nin İnkişaf Proqramı tərəfindən ötən il görülən işlərin dəyəri 15 milyon dollar idisə, bu il əhatə dairəmiz daha da böyüməkdədir. Mən əminəm ki, bu məbləğ də böyüyəcək. Ümumiyyətlə biz çoxlu sahələri əhatə edirik. Buraya sosialyönümlü sahələr, ANAMA-ya göstərdiyimiz dəstək daxildir. Minaların təmizlənməsi ilə bağlı xüsusi mükəmməllik mərkəzi açılacaq”, - deyə Alessandra Rokkasalvo əlavə edib.








Redaktorun seçimi