Sumqayıtda sahibsiz iti öldürən şəxs cərimə edilib

Sumqayıt şəhərində sahibsiz itin öldürülməsi barədə sosial şəbəkədə paylaşılan görüntülər Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən araşdırılıb və iti öldürən şəxsin Sumqayıt şəhər sakini Yavər Hüseynov olduğu müəyyən edilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Faktor.az-a bildiriblər ki, faktla bağlı Y.Hüseynov barəsində inzibati protokol tərtib olunub.
Xidmət rəsmisi Asif Məcidovun verdiyi məlumata görə, protokol Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin Sumqayıt regional ekologiya idarəsinə təqdim olunub və qanun pozucusu Y.Hüseynov qanunamüvafiq qaydada cərimə edilib.


