“Qadınlara qarşı şiddətin mənəvi və sosial zərərləri” mövzusunda seminar - FOTOLAR

Hit: 751
“Qadınlara qarşı şiddətin mənəvi və sosial zərərləri” mövzusunda seminar - FOTOLAR
Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun (UNFPA) və BMT-nin Qadınlar Agentliyinin (UN Women) təşkilatçılığı və “Kişilər Gender Bərabərliyi Uğrunda – Men For Gender Equality” virtual platformasının dəstəyi ilə 13 iyulda “Çinar Kitab Evi”nin seminar zalında “Qadınlara qarşı şiddətin mənəvi və sosial zərərləri” mövzusunda seminar keçirilib.
 
Seminarın əsas məqsədi kişilərin cəlbi və iştirakçılığı ilə cəmiyyətdə qız uşaqlarının dəyərinin təşviq edilməsi və onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların əhəmiyyətini təbliğ etməkdir.
 
Seminar zamanı ekspertlər - sığınacaq rəhbəri Mehriban Zeynalova və dinşünas Fərid Abdullah gender bərabərsizliyinə yol açan səbəblər və qadınlara qarşı şiddətin mənəvi və sosial zərərləri mövzusunda danışıblar.
 
Seminar Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyi tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində baş tutur.
1
1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi