Qeyri-hökumət təşkilatları üçün infosessiya keçirildi

Hit: 597
Qeyri-hökumət təşkilatları üçün infosessiya keçirildi
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan edilmiş mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi ilə bağlı infosessiya keçirilib. Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzində təşkil olunan infosessiyada 40-dan çox qeyri-hökumət təşkilatının nümayəndələri iştirak edib.
 
İnfossesiya çərçivəsində nazirliyin nümayəndələri və müsabiqə komissiyasının üzvləri tərəfindən müsabiqə ilə bağlı təqdimat edilib, prioritet istiqamətlər və alt mövzular barədə ətraflı məlumatver verilib. Həmçinin müsabiqədə iştirak şərtləri və layihə təklifi ilə bağlı tələblər izah edilib, qeyri-hökumət təşkilatlarının nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
 
Qeyd edək ki, qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi Mədəniyyət Nazirliyi tərəfindən iyulun 4-də elan edilib. Müsabiqəyə müraciət üçün son tarix 2 avqust 2024-cü ildir. Sənədlərin qəbulu grants.culture.az
 internet resursu üzərindən elektron formada həyata keçirilir.








Redaktorun seçimi