BDU Türkiyənin Balıkesir Universiteti ilə "Erasmus" mübadilə protokolu imzalayıb

Hit: 478
BDU Türkiyənin Balıkesir Universiteti ilə "Erasmus" mübadilə protokolu imzalayıb
Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Balıkesir Universiteti arasında "Erasmus" mübadilə protokolu imzalanıb.
 
Protokolu BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov və Türkiyənin Balıkesir Universitetinin "Erasmus" proqramı üzrə koordinatoru Seda Şahin imzalayıb. Protokol çərçivəsində təhsilalanların,  tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
 
Əsası 1992-ci ildə qoyulmuş Balikesir Universiteti Türkiyənin nüfuzlu universitetlərindən biridir. 24000 tələbənin təhsil aldığı Balikesir Universitetində 14 fakültə, 4 institut fəaliyyət göstərir.








Redaktorun seçimi