BDU-nun magistraturasına qəbul olmaq istəyən bakalavrların nəzərinə!

Hit: 457
BDU-nun magistraturasına qəbul olmaq istəyən bakalavrların nəzərinə!
Bu gündən iyunun 30-dək 2024/2025-ci tədris ili üçün ali məktəblərin magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi başlayıb.
 
Bakı Dövlət Universitetinə (BDU) 50 ixtisas, 249 ixtisaslaşma üzrə 1436 magistrantın qəbulu proqnozlaşdırılır. Növbəti tədris ilində magistratura səviyyəsində Azərbaycan bölməsi üzrə 1055, rus bölməsi üzrə 230, ingilis bölməsi üzrə isə 151 plan yeri nəzərdə tutulub.
 
Bu il BDU-nun magistraturasında 7 yeni ixtisaslaşma açılacaq. Bunlar “Korreksiyaedici təlimin metodika və metodologiyası”, "Ölkəşünaslıq (Qazaxıstan üzrə)", "Ölkəşünaslıq (Özbəkistan üzrə)", "Ərzaq məhsullarının ekspertizası və marketinqi", "Şəhər kadastrı", "Akvabitkilər", "Mədəniyyət hüququ" ixtisaslaşmalarıdır.








Redaktorun seçimi