Ağstafada vətəndaşların problemləri diqqət mərkəzində saxlanılır

Hit: 644
Ağstafada vətəndaşların problemləri diqqət mərkəzində saxlanılır

Seymur Orucov Ağstafa şəhərində vətəndaşların növbəti səyyar qəbulunu keçirib

Ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, respublikamızın hər yerində, o cümlədən Ağstafa rayonunun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbulları davam etdirilir. Müvafiq qrafikə uyğun olaraq Ağstafa RİH başçısının Ağstafa şəhəri, 3 nömrəli tam orta məktəb binasının akt zalında keçirtdiyi səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının və aidiyyəti üzrə təşkilatların nümayəndələri iştirak ediblər.
 
RİH başçısı çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi xəttini uğurla və ardıcıl davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionun ən güclü dövlətinə çevrilmiş, eyni zamanda, təmsil olunduğu beynəlxalq aləmdə prinsipial mövqe ilə ölkəmizin nüfuzu daha da yüksəlməkdədir. Yerlərdə mütəmadi olaraq təşkil olunan səyyar qəbulların başlıca məqsədi vətəndaş məmnunluğunu artırmaq, əhalinin sosial rifahının yaxşılaşdırılmasından ibarətdir. Vətəndaşlar həmçinin “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla yaşadıqları ünvanları tərk etmədən rahat şəkildə Ağstafa Rayon İcra Hakimiyyətinə müraciətlərini ünvanlaya bilərlər.
 
Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həmçinin yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün nəzarətə götürülüb.








Redaktorun seçimi