BDU əməkdaşları Litvada Beynəlxalq elmi seminarda məruzə ediblər

Hit: 604
BDU əməkdaşları Litvada Beynəlxalq elmi seminarda məruzə ediblər
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Lalə Qəhrəmanlı, böyük elmi işçisi Sevinc Nuriyeva və elmi işçisi Aynurə Kərimova Litvanın Vilnüs şəhərində keçirilən İnnovativ və Qabaqcıl Epitaksiya üzrə Avropa Seminarında (European Workshop on Innovative and Advanced Epitaxy) iştirak ediblər.
 
Seminar müxtəlif materialların alınma texnologiyaları və tətbiqi sahəsində ən son yeniliklərə həsr olunub.
 
Seminarda ETL-nin aparıcı elmi işçisi Lalə Qəhrəmanlı “Qamma şüalanma və termik işləmənin GO/PVS kompozit materiallarının fiziki xassələrinə təsiri”, böyük elmi işçisi Sevinc Nuriyeva “PP-ZnO əsaslı nanokompozitlərin optik və elektrik xassələrinin formalaşmasında struktur dəyişikliklərinin rolu”, elmi işçisi Aynurə Kərimova isə “Xitozan və çarpaz tikilmiş xitozanla örtülmüş və 5, 7-DHF yüklənmiş dəmir oksid nanohissəciklərinin quruluş analizi” mövzularında elmi məruzə ilə çıxış ediblər.
 
Seminar tədqiqatçılar, mühəndislər və sənaye mütəxəssisləri üçün ən son nailiyyətləri müzakirə etmək, ideyaları bölüşmək və yeni əməkdaşlıqlar üçün bir platforma rolunu oynayır.








Redaktorun seçimi