ABŞ-də yaşayan diaspor fəallarına medallar təqdim olunub

Hit: 319
ABŞ-də yaşayan diaspor fəallarına medallar təqdim olunub
ABŞ-də yaşayan diaspor fəalları “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalları ilə təltif ediliblər.
 
Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı və kamança ifaçısı Cefri Verbok Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə verilən töhfəyə görə “Diaspor fəaliyyətində xidməti görə” medalı ilə təltif olunub. Cefri Verboka medal Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev tərəfindən təqdim olunub.
 
Virciniya ştatında yaşayan “United Charities for Azerbaijan” (UCA) xeyriyyə təşkilatının rəhbəri Gündüz Tahirli Azərbaycan diasporunun fəaliyyətinə verdiyi mühüm töhfəyə görə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub. Gündüz Tahirliyə medal Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov tərəfindən təqdim olunub.
 
Hər iki diaspor fəalı fəaliyyətlərinin yüksək qiymətləndirilməsinə görə Prezident İlham Əliyevə və Azərbaycan dövlətinə minnətdarlıqlarını ifadə ediblər.








Redaktorun seçimi