"İnsan Hüquqları Aylığı”na həsr olunmuş tədbir keçirilib

Hit: 332
"İnsan Hüquqları Aylığı”na həsr olunmuş tədbir keçirilib
Aqrar Xidmətlər Agentliyində "İnsan Hüquqları Aylığı”na həsr olunmuş tədbir keçirilib.
 
Tədbirdə Aqrar Xidmətlər Agentliyinin sədr müavini  Anar Əzimov  İnsan hüquq və azadlıqlarının yaranma tarixi barədə məlumat verərək bildirib ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci ilin 18 iyun tarixində təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquqi islahatların insanların sosial rifah halının, layiqli həyat səviyyəsinin yüksəldilməsinə, vətəndaş məmnunluğuna, hüquq bərabərliyinin qanunvericilikdə, icra və məhkəmə prosesində təmininə, habelə dayanıqlı inkişafa yönəldiyini iştirakçıların diqqətinə çatdırıb.
 
İnsan resursları və sənədlərlə iş şöbəsinin və Hüquq şöbəsinin əməkdaşları çıxış edərək insan hüquq və azadlıqlarının müdafiəsi barədə qəbul olunmuş normativ hüquqi sənədlər, habelə Agentliyə daxil olan vətəndaş müraciətlərinin vaxtında cavablandırılması, icrasına nəzarətin təmin olunması barədə məlumat veriblər.
 
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb








Redaktorun seçimi