Təhsil sənədləri indi daha əlçatandır

Hit: 340
Təhsil sənədləri indi daha əlçatandır
My.gov.az portalına təhsil məlumatları da inteqrasiya olunur. Vətəndaşlar təhsil haqqında elektron arayışlarını rəqəmsal portfel rolunu oynayan bu portaldan asanlıqla və daha sürətli şəkildə əldə edə bilərlər.
 
Elm və Təhsil Nazirliyindən Faktor.az-a bildirilib ki, my.gov.az portalında vətəndaşların bütün şəxsi məlumatları əks olunur. Yaxın günlərdə vətəndaş müraciətləri üçün “Təhsil məlumatlarım” bölməsində müvafiq kateqoriyalar üzrə “Müraciət et” hissəsi aktivləşdiriləcək.








Redaktorun seçimi