Vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək

Hit: 581
Vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
15 iyun - Milli Qurtuluş Günü və Qurban bayramı münasibəti ilə iyunun 14-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən respublika ərazisində növbəti dəfə vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək.

Belə ki, ölkə ərazisində fəaliyyət göstərən bütün vəkil qurumları tərəfindən aztəminatlı şəxslərə pulsuz hüquqi yardım göstərilməsi ilə əlaqədar “Açıq qapı” günü təşkil ediləcək. 

Ehtiyacı olan şəxslər ərazi üzrə vəkil qurumlarına müraciət edə bilərlər. 
 
Əlaqələndirici şəxs: Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzinin direktor müavini Afət Qaziyeva (Tel: 012 594 99 85, 050 340 09 81).








Redaktorun seçimi