BDU tələbələri Lənkəran və Qubada çöl-tədris təcrübəsində

Hit: 285
BDU tələbələri Lənkəran və Qubada çöl-tədris təcrübəsində
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biologiya, Su bioehtiyatları və akvakultura ixtisasları üzrə təhsil alan IV kurs tələbələri Quba və Lənkəran rayonlarında çöl-tədris təcrübəsində olublar.
 
Biologiya ixtisası üzrə təhsil alan tələbələrə BDU-nun Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində, Nügədi və Qəçrəş kəndlərinin ərazilərində həşəratlar, məməlilər və quşların tanıdılması, yaşayış yerlərinin təyini, qida rasionu və hərəkət trayektoriyası üzrə tədris təcrübəsi keçirilib. Hirkan Milli Parkında relikt şabalıdyarpaq palıd və dəmirağacı meşələrində, meşə və çəmən ekosistemlərində, dağ qurşaqlarında bitkilərin quruluşları, dominant və ikinci dərəcəli növlərə görə sinifləndirmə, “Qırmızı Kitab”a daxil olan növlər, herbarilərin hazırlanması kimi mövzularda əyani nümunələr üzərində təcrübələr aparılıb.
 
Su bioehtiyatları və akvakultura ixtisası üzrə təhsil alan tələbələr Qızılağac Milli Parkında şirin sututarları, Xəzər dənizi, Quba rayonunda Vəlvələçay və Qudyalçayda yayılmış balıq növləri ilə əyani tanış olub, su və yosun nümunələrinin laboratoriyada analizlərini aparıblar.








Redaktorun seçimi