BDU-da elmi seminar: "“Məhəmməd Füzuli və Şərq kitаb mədəniyyəti”

Hit: 331
BDU-da elmi seminar: "“Məhəmməd Füzuli və Şərq kitаb mədəniyyəti”
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində görkəmli Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan “Məhəmməd Füzuli və Şərq kitаb mədəniyyəti” mövzusunda məruzə edib.
 
Knyaz Aslan bildirib ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin keçirilməsi, onların irsinin təbliği hər zaman xalqımızın Ümummilli Lideri Heydər Əliyevin diqqət mərkəzində olub. Ümummilli Lider Heydər Əliyev 16 mart 1994-cü ildə “Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi haqqında” Fərman imzalayıb, yubiley tədbirlərinin keçirilməsi ilə əlaqədar Dövlət Komissiyası yaradıb və Dövlət Komissiyasına məhz özü sədrlik edib: “Dahi şairin 500 illik yubiley tədbirləri yalnız ölkəmizdə deyil, dünya miqyasında keçirilib, əsərləri yenidən çap edilib, görkəmli şairin irsi haqqında yeni tədqiqat əsərləri yazılıb”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar 2024-cü ildə Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzaladığını diqqətə çatdıran natiq vurğulayıb ki, ölkə rəhbərinin mütəfəkkir şairin yaradıcılığına verdiyi yüksək qiymət Füzuli irsinin müxtəlif aspektlərdən araşdırılmasını elm və təhsil müəssisələrinin qarşısında mühüm vəzifə kimi qoyur.
 
Füzuli irsinin bütövlükdə Şərq bədii-ictimаi fikrinin inkişаfındа mühüm rоl оynаdığını vurğulayan məruzəçi şairin müxtəlif ölkələrin kitabxana, arxiv və muzeylərində saxlanılan əlyazma nüsxələri, ona həsr olunmuş elmi tədqiqat əsərləri barədə ətraflı məlumat verib. Məruzədə Füzulinin əsərlərinə və eləcə də haqqında aparılmış tədqiqatlara əsaslanmaqla orta əsrlərdə əlyazma kitab mədəniyyəti haqqında aydın təsəvvür yaradılıb, şairin kitab, mütaliə və yazı sənəti barədə kəlamları şərh olunub, onun Şərq kitab mədəniyyətinin inkişafına göstərdiyi təsirlər diqqətə çatdırılıb.








Redaktorun seçimi