BDU-nun “Brend tələbə”ləri mükafatlandırılıb

Hit: 365
BDU-nun “Brend tələbə”ləri mükafatlandırılıb
AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən “Brend tələbə” layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.

Bu gün AzEdu.az və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə BDU-da təhsil alan “Brend tələbə”lər mükafatlandırılıb.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Universitetin ictimai, elm və təhsil həyatında seçilən tələbələr üçün belə layihələrin önəmindən danışıb.
 
“Modern” Media Qrupunun rəhbəri Elşad Eyvazlı qalib tələbələri təbrik edib, onara təhsil həyatlarında uğurlar arzulayıb. Qeyd edilib ki, AzEdu.az təhsil portalı tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını gələcək tələbələrə çatdırmaq məqsədilə “Brend tələbə” siyahısını tərtib edib. Bu il siyahıya 24 ali təhsil müəssisəsinin hər birindən 10 tələbə daxil edilib.
 
İnteraktiv formada keçən görüşdə tələbələr layihə ilə bağlı fikirlərini və təkliflərini bölüşüblər. Sonra onlara sertifikatlar təqdim olunub.








Redaktorun seçimi