Türkiyəli parlamentarilər "ASAN xidmət"də

Hit: 418
Türkiyəli parlamentarilər "ASAN xidmət"də
Türkiyə Böyük Millət Məclisinin Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.
 
Qonaqlara “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb. Hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə , o cümlədən Türkiyə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi də vurğulanıb.
 
Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi bildirilib.
 
Qonaqlar “ASAN xidmət” konsepsiyasını yüksək qiymətləndirib və Dövlət Agentliyi tərəfindən dövlət xidmətləri və sosial innovasiyalar sahələrində həyata keçirilən fəaliyyətin onlarda xoş təəssürat yaratdığını bildiriblər.
 
Nümayəndə heyəti "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD” və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olub.








Redaktorun seçimi