Ali Məhkəmə şəhid qardaşına bəraət verdi

Hit: 712
Ali Məhkəmə şəhid qardaşına bəraət verdi
Ali Məhkəmədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İsmayıl Cəfərovun barəsindəki hökmdən verilən kassasiya protestinə baxılıb.
 
Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Əli Hüseynov məlumat verib.
 
Onun sözlərinə görə, İ.Cəfərov barəsindəki bəraət hökmü qüvvədə saxlanılıb.
 
Qeyd edək ki, hadisə 2022-ci ilin iyul ayında Bakı-Sumqayıt yolunda baş verib. Belə ki, İ.Cəfərov idarə etdiyi avtomobillə piyadalar üçün nəzərdə tutulmayan hissədən yolu keçməyə çalışan piyadanı vurub. Xəstəxanaya çatdırılan piyadanın həyatını xilas etmək mümkün olmayıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə İ.Cəfərov Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi İ.Cəfərova bəraət verib və birinci instansiya məhkəməsinin hökmü ləğv olunub.
 
Qeyd edək ki, hərbçi olan İ.Cəfərov Vətən müharibəsi şəhidi Oruc Cəfərovun qardaşıdır.








Redaktorun seçimi