COP29 Azərbaycan və BMTİP təlim seminarı keçirir - FOTOLAR

Hit: 1055
COP29 Azərbaycan və BMTİP təlim seminarı keçirir - FOTOLAR
COP29 Azərbaycan, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) ilə tərəfdaşlıq çərçivəsində İkiillik Şəffaflıq Hesabatlarının (BTRs) vaxtlı-vaxtında təqdim olunmasının təşviq edilməsi üçün əlverişli mühitin yaradılması məqsədilə ikigünlük təlim seminarı təşkil edib.
 
2015-ci ildə keçirilən COP21-də tərəf dövlətlər Paris Sazişini qəbul etdi və bütün ölkələrin qlobal səylərə töhfə verdiyinə inam və etibarı təsis etmək məqsədilə fəaliyyət və dəstək üçün Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsini (ETF) yaratdı.
 
Bir çox inkişaf etməkdə olan tərəf dövlətlər üçün ETF-nin tətbiqi onların beynəlxalq hesabat öhdəliklərinə necə cavab vermələri ilə bağlı yanaşmanın dəyişdirilməsini tələb edir. Milli Kommunikasiyalar (NC) və İkiillik Yeniləmə Hesabatları (BURs) layihə əsaslı və ya xüsusi hazırlanmış sənədlər olsa da, İkiillik Şəffaflıq Hesabatları (BTRs) ilə müəyyən edilmiş tələblərə cavab verən, vahid və dayanıqlı yanaşma tələb edən Paris Sazişinin icrasına dair ilkin tərəqqi hesabatının təqdim edilməsi labüddür.
 
İnkişaf etməkdə olan tərəf dövlətlərin öz BTR hesabatlarını hazırlayaraq yekunlaşdırmaq istiqamətindəki davamlı səylərinə və ETF-də universal iştiraka nail olmalarına töhfə vermək məqsədilə COP29 Rəyasət Heyəti BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyinin dəstəyi ilə, habelə digər BMT agentlikləri və tərəfdaşlarla əməkdaşlıq çərçivəsində 13-14 may 2024-cü il tarixlərində Bakıda hibrid formatda təlim seminarı təşkil edib.
 
Seminar #Together4Transparency şüarı ilə keçirilən ilk və vacib fəaliyyətlərdən biridir. Bu, ETF-ə hazırlıq, xüsusilə bu il BTR hesabatlarının təqdim edilməsi, Paris Sazişinin uğurla həyata keçirilməsində bütün tərəflərin çalışacağını təmin etmək üçün qüvvələrin birləşdirilməsinə sadiq maraqlı tərəflərdən ibarət qrupları bir araya gətirən bir təşəbbüsdür.  
 
COP29 Rəyasət Heyəti, BMTİP, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının təşkilatçılığı, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən təlim seminarı, iştirakçıları BTR hesabatların hazırlanması üçün müvafiq alətlər və üsullarla tanış etməklə potensialın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.
1
1
1
1
1
1








Redaktorun seçimi