Elvin Paşayev yubiley medalı ilə təltif edilib

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev yubiley medalı ilə təltif edilib.
Faktor.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin sərəncamı ilə Elvin Paşayev "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012–2022)" yubiley medalı ilə təltif edilib.
Qeyd edək ki, Dövlət Agentliyinin 10 illiyi (2012–2022)" yubiley medalının əsasnaməsi Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 697-VIQD nömrəli Qanunu ilə təsdiq edilib.



