AzTU əməkdaşları beynəlxalq konfransda çıxış edib

Hit: 142
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış edib
 
Taylandın Banqkok şəhərində Stamford Beynəlxalq Universitetinin təşkilatçılığı ilə “İxtiraçılıq hesablamaları və informasiya texnologiyaları” mövzusunda 6-cı beynəlxalq konfrans keçirilib.
 
Onlayn formatda təşkil olunan konfransda dünyanın müxtəlif ölkələrindən alimlər və tədqiqatçılar iştirak edib.
 
Konfransda Azərbaycan Texniki Universitetini (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının müdiri professor Mehman Həsənovun rəhbərliyi ilə kafedranın doktorantları Nadir Atayev, Emin Payızov, Turanə Rəsullu, həmçinin Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının dosenti Sahib Piriyev təmsil edib.
 
AzTU nümayəndələri konfransda “Süni neyron analizindən istifadə edərək boş fəzada optik şəbəkələrin adaptiv monitorinqi (Adaptive monitoring of free space optical networks utilizing artificial neuron analysis)” mövzusunda çıxış ediblər. Konfransın sonunda iştirakçılara sertifikat təqdim olunub.
 
Qeyd edək ki, konfransda seçilən məqalələr “Web of Science” və “Scopus” bazalarında indeksləşən jurnallarda nəşr olunacaq.








Redaktorun seçimi