"Avromed Company" barədə inzibati protokol tərtib olunub

Hit: 233
"Avromed Company" barədə inzibati protokol tərtib olunub
"Avromed Company" Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində cərimə protokolu tərtib olunub.
 
E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 324.1-ci (Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkili) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.
 
İş hakim Zeynal Zeynalovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
 
Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.








Redaktorun seçimi