Bakı Baş Səhiyyə Mərkəzinə cərimə yazılıb

Hit: 228
Bakı Baş Səhiyyə Mərkəzinə cərimə yazılıb
"Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsinə cərimə yazılıb.
 
E-huquq.az-ın məlumatına görə, mərkəz barədə İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
 
Protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
 
İşə hakim Rauf Daşdəmiroun sədrliyi ilə baxılacaq.
 
Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.








Redaktorun seçimi