İZİA-nın Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Hit: 230
İZİA-nın Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzinin rəsmi internet səhifəsi (www.ezda.edu.az) istifadəyə verilib.
 
Agentlikdən verilən məlumata görə, yeni sayt dizaynla yanaşı, məzmun cəhətdən də təkmilləşdirilib, fərqli struktura və müasir tələblərə uyğun tərtib edilərək bölmə və xidmətlərin əlçatanlığı, funksionallığı artırılıb və yeni məlumatlarla zənginləşdirilib.
 
Yeni səhifədə Peşə Təhsil Mərkəzinin idarə edilməsi, pedaqoji heyət, ixtisaslar, tələbə qəbulu qaydaları, tələbə və məzunların reyestri, fəaliyyətlər barədə geniş məlumatlar yerləşdirilib.








Redaktorun seçimi