Bu gün Azərbaycanda qəbul edilən iqtisadi və sosial proqramlar uğurla icra olunur

Hit: 233
Bu gün Azərbaycanda qəbul edilən iqtisadi və sosial proqramlar uğurla icra olunur
Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan siyasi qüvvələrin səriştəsizliyi nəticəsində ölkəmizin maddi resursları, ümumilikdə isə iqtisadi potensialı məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə olan halda həmin illərdə insanlarımızın sosial rifahının normal olmasından söhbət belə gedə bilməzdi. Şükürlər olsun ki, o ağrılı-acılı günlər çox geridə qalmış və bu gün Azərbaycan xalqı qalib xalq olmaqla yanaşı, həm də dünyanın ən firavan yaşayan xalqlarından birinə çevrilmişdir. Əlbəttə ki, bütün bu nailiyyətlərimiz Ümummilli Lider Heydər Əliyevin miras qoyduğu siyasi kursu uğurla davam və inkişaf etdirən Müzəffər Prezidentimiz cənab İlham Əliyevin  müəyyən etdiyi iqtisadi və siyasi siyasət sayəsində mümkün olmuşdur.

Bu gün iqtisadiyyatımızın neft sektorundan əldə edilən gəlirlər ölkəmizin qeyri-neft sektoruna, xüsusən də kənd təsərrüfatı və istehsal sahələrinə uğurla yatırılımaqdadır. Ölkədə aparılan iqtisadi islahatların məqsədi iqtisadiyyatımızın neftdən asılılığını aradan qaldırmaq və eyni zamanda qeyri-neft sektorunu inkişaf etdirməklə, vətəndaşlarımızın məşğulluq səviyyəsini, onların rifah halının yaxşılaşdırılmasına istiqamətlənmişdir. Bu gün iqtisadi sahədə aparılan islahatlar təkcə  paytaxt və ona yaxın olan əraziləri deyil, ölkəmizin bütün regionlarını əhatə edir.

Qəbul edilən iqtisadi və sosial proqramlar uğurla icra olunur. Sevindirici haldır ki, artıq görülən işlərin trayektoriyasına işğaldan azad edilmiş ərazilərimiz də daxil edilmişdir. Bu gün həmin ərazilərdə ən yüksək səviyyədə və keyfiyyətdə abadlıq, quruculuq işləri aparılır. Görülən işlərin miqyasının günü-gündən genişlənməsi və görülən işlərin tam keyfiyyətli tərzdə icra edilməsi Ölkə başçısı cənab İlham Əliyevin nəzarəti altındadır. Belə uğurlu layihələrdən biri kimi aprel ayının 16-da Şirvan Suvarma Kanalının təməlqoyma mərasımini qeyd etməliyik. Suvarma kanalının təməlqoyma mərasimində cənab İlham Əliyevin şəxsən iştirak etməsi, həmin layihənin nə qədər iqtisadi əhəmiyyətə malik olduğunu göstəricisidir. Nəzərə alsaq ki, bu gün bütün dünyada, o cümlədən Azərbaycanda su ehtiyatlarının tükənməsinin qarşısının alınması və onlardan səmərəli istifadə halları araşdırılır, belə olan halda bu kanalın istifadəyə verilməsi çox böyük hadisədir. Bu kanalın suyu vasitəsilə ölkəmizin mərkəzi Aran regionunda suvarılmayan torpaqların əkin dövriyyəsinə daxil edilməsi ən yaxın zamanlarda reallaşacaqdır. Məqsəd isə aydındır: ölkə iqtisadiyyatını inkişaf etdirmək, vətəndaşlarımızın rifah halını yüksəltmək.
 
Elçin Əsədov;
Neftçala rayon ziyalısı 
 








Redaktorun seçimi