COP29-un Azərbaycanda keçirilməsi gənclər üçün geniş imkanlar yaradır - Vilayət Vəliyev

Hit: 319
COP29-un Azərbaycanda keçirilməsi gənclər üçün geniş imkanlar yaradır - Vilayət Vəliyev
Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı tədbirlər ekoloji proseslərdə gənclərin rolunun artmasına şərait yaradacaq.
 
Bunu Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev  “COP tələbləri: İqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” mövzusunda keçirilən konfransda çıxışı zamanı söyləyib.
 
V.Vəliyev bildirib ki, Azərbaycan Texniki Universitetində keçirilən konfrans olduqca mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin bu sahədəki təşəbbüslərini və bununla bağlı mühüm tədbirlərini xüsusilə vurğulamaq lazımdır: “COP29 dünyada olduqca əhəmiyyətli konfrans hesab olunur. Təbiətin, ətraf mühitin qorunması, yaşıllıqların qurulması, biomüxtəliflik, yaşıl enerji və sair prioritet sahələr COP29-un əsas mövzularıdır. Bu beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi gənclər üçün geniş imkanlar yaradır. Həmçinin gənclər arasında beynəlxalq miqyasda birgə təşəbbüs və əməkdaşlığın vacibliyindən xəbər verir”.








Redaktorun seçimi