“Jest dili” təlimləri yekunlaşıb

Hit: 237
“Jest dili” təlimləri yekunlaşıb
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları üçün keçirilən “Jest dili” təlimləri yekunlaşıb.
 
Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin həkim, mütəxəssis və texniklərinin iştirak etdiyi təlimin məqsədi eşitmə məhdudiyyətli şəxslərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, əməkdaşlarla eşitmə məhdudiyyətli şəxslər arasında effektiv ünsiyyətinin qurulmasıdır.
 
Mərkəz eşitmə məhdudiyyətli şəxsləri eşitmə cihazları, eləcə də ehtiyac duyduqları digər reabilitasiya vasitəsitələri ilə təmin edir. Bu baxımdan əməkdaşların işarət dilindən istifadə bacarıqlarının artırılması xüsusi əhəmiyyət kəsb edir.
 
Təlimlərdə iştirak edən əməkdaşlara sertifikatlar təqdim olunub. Hazırda Mərkəz əməkdaşları eşitmə məhdudiyyətli şəxslərlə işarət dilinin köməyi ilə rahat ünsiyyət qura bilirlər. 
Qeyd edək ki, təlimlər “Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aidə Səfərova tərəfindən keçirilib.








Redaktorun seçimi