Adil Əliyev Ordubad rayonuna səfər edib - FOTOLAR

Hit: 294
Adil Əliyev Ordubad rayonuna səfər edib - FOTOLAR

Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Ordubad rayonu Dəstə kəndini ziyarət edərək, şəhidlərimizin xatirəsinə həsr olunmuş parkı ziyarət edib.

Parkda xatirə kolu əkən vitse-spiker şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edərək, Allahdan qəhrəmanlarımıza rəhmət, ailələrinə səbir diləyib. Şəhidlərimizin canını düşünmədən qurban verdiyi Vətən torpaqlarının bu gün azad olunduğunu, şanlı üçrəngli bayrağımızın Vətən göylərində böyük məğrurluqla dalğalandığını və şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağını bildirib. Tarixi torpaqlarımızın azad, ərazi bütövlüyümüzün bərpa, suverenliyimizin bərqərar olunmasını bildirən vitse-spiker Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində rəşadətli Ordumuzun öz gücünü dünyaya göstərdiyini qeyd edib.

Görüşdə Milli Məclisin deputatı Cəbi Quliyev iştirak edib.

1
1
1
1








Redaktorun seçimi