3-cü Beynəlxalq Təcrübə Əsaslı Öyrənmə Konfransının açılış mərasimi olub

Hit: 208
3-cü Beynəlxalq Təcrübə Əsaslı Öyrənmə Konfransının açılış mərasimi olub
Bakıda 3-cü Beynəlxalq Təcrübə Əsaslı Öyrənmə Konfransının açılış mərasimi olub.
 
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə təqdimatında “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, təhsilin qarşısında duran vəzifə və hədəflərdən, həmçinin son dövrlərdə Elm və Təhsil Nazirliyi tərəfindən aparılan işlərdən danışıb. Kənan Kərimzadə qeyd edib ki, hazırda əsas təhsil hədəfləri sırasında ölkəmizin beynəlxalq qiymətləndirmələrdə mövqeyinin yaxşılaşdırılması və 3 universitetimizin ilk 800-lükdə təmsilinə nail olmaq yer alır.
 
Avropa Azərbaycan Məktəbinin baş direktoru Françesko Bançini çıxışında bildirib ki, konfransın məqsədi təhsil liderlərindən ən müasir yanaşmaları öyrənmək, təhsil sahəsinə dair müzakirələr aparmaq, yeni ideya və strategiyaları araşdırmaqdır. Baş direktor həmçinin konfransda Qazaxıstan, Özbəkistan, Gürcüstan, Türkiyə və digər ölkələrdən nümayəndələrin iştirak etdiyini vurğulayıb və tədbir çərçivəsində həm beynəlxalq, həm də yerli səviyyədə bilik və təcrübə mübadiləsi aparılacağını diqqətə çatdırıb.
 
Qeyd edək ki, təhsil mütəxəssisləri, eləcə də direktor və müəllimlərin iştirakı ilə keçirilən konfransda 3 gün ərzində 60-dan çox seminar təşkil olunacaq.








Redaktorun seçimi