AzMİU-nun təşkilatçılığı ilə “Karyera Forumu 4” layihəsi baş tutub - FOTOLAR

Hit: 648
AzMİU-nun təşkilatçılığı ilə “Karyera Forumu 4”  layihəsi baş tutub - FOTOLAR
Azərbaycan Memarlıq və İnşaat Universitetində(AzMİU) Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və AzMİU-nun birgə təşkilatçılığı ilə “Karyera Forumu 4”  layihəsi baş tutub.   
 
Faktor.az xəbər verir ki, universitetin Təcrübə və Karyera Mərkəzinin direktoru Xanlar Qəniyev tədbirdə çıxış edərək layihənin məqsədini tələbələrin diqqətinə çatdırıb. Karyera planlaması, onun metodları, pillələri, işə qəbul prosesi və karyeraya aid digər məsələlərin müzakirə ediləcəyi layihənin iştirakçılar üçün faydalı tərəflərinə toxunub.  
 
“Gənclərin Maarifləndirilməsinə Dəstək” İB-nin kommunikasiya meneceri Əmrah Həsənli təmsil etdiyi birlik və layihə barədə tələbələrə ətraflı məlumat verib. 
 
Çıxışlardan sonra görüş Sadəgül Balaoğlanovanın  “Karyera planlaması” mövzusunda təlimi ilə davam edib.  Təlim prosesi interaktiv formada keçirilib və  gənclərin karyera, karyera planlaması,  bu sahədə müasir tələb və təkliflərlə  bağlı sualları cavablandırılıb.
 
Sonda “Karyera Forumu 4” layihəsində iştirak edən tələbələr sertifikatlarla  mükafatlandırılıb.
1
1
1
1








Redaktorun seçimi