BDU-da Türkiyənin İstanbul Universitetinin rektoru ilə görüş

Hit: 434
BDU-da Türkiyənin İstanbul Universitetinin rektoru ilə görüş
Türkiyənin İstanbul Universitetinin rektoru Osman Bülent Zülfikar Bakı Dövlət Universitetində (BDU) olub.
 
BDU rektoru Elçin Babayev həmkarına Universitetin tarixi və fəaliyyəti barədə məlumat verib. O bildirib ki, 105 illik tarixə malik BDU Azərbaycanın ən böyük və qədim universitetidir. 25 mindən artıq tələbəsi olan BDU-nun 16 fakültəsində elmin bütün sahələri üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlanır. Tədqiqat istiqamətinə xüsusi önəm verən BDU-nun Hirş indeksi artıq 62-yə çatıb. Rektor İstanbul Universiteti ilə biotexnologiya, nanotexnologiya, biotibbi materiallar, kompüter elmləri, sosial elmlər, jurnalistika, arxeologiya istiqamətləri üzrə geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb. O qeyd edib ki, xüsusilə arxeologiya sahəsi üzrə birgə ekspedisiyalar və laboratoriyalar yaradıla, seçilmiş istiqamətlərdə ikili diplom proqramları imzalana bilər.
 
İstanbul Universitetinin rektoru Osman Bülent Zülfikar da BDU ilə birgə tədqiqatlara, müəllim-tələbə mübadiləsinə ehtiyac duyulduğunu qeyd edib.
 
Görüşdə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.








Redaktorun seçimi