Neftçalada iftar süfrəsi təşkil olunub - FOTOLAR

Hit: 519
Neftçalada iftar süfrəsi təşkil olunub - FOTOLAR
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan iftar süfrəsində Neftçala RİH-nin başçısı Mirhəsən Seyidov, Qafqaz Müsəlmanları İdarəsinin Neftçala rayonu üzrə qazisi Hacı Hüsnü Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbənin müdiri Sənan Xəlilov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri və qazilər iştirak edib.
 
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və ruhlarına dualar oxunub.
 
İftar süfrələrinin açılması ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirdiyi, sabitlik, davamlı inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də uğurla davam etdirildiyi bildirilib. Cənab Prezidentin yürütdüyü siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmləndiyini, ölkəmizdə məscid və dini ibadət yerlərinin inşa edildiyi vurğulanıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğalda olan ərazilərimiz 44 günlük Vətən müharibəsi ilə azad olunub, lokal anti terror tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib və həmin azad olunan torpaqlarda iftar süfrələrinin verilməsindən danışılıb. İftar süfrəsində Qurani Kərimdən surələr oxunub, Ramazan ayının fəzilətlərindən, bu ayın insanlar arasında mənəvi saflıq, paklıq ayı olmasından danışılıb və Ramazan duası oxunub.
1
1
1
1
1








Redaktorun seçimi