“Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib

Hit: 494
“Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib
Ümumi təhsil məktəblərinin X sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyununun paytaxt üzrə rayon mərhələsi keçirilib.
 
Belə ki, paytaxtın 12 inzibati rayonu üzrə məktəblər komanda şəklində yarışıblar.
 
Qaliblər Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində keçiriləcək Bakı şəhəri üzrə zona birinciliyində iştirak etmək hüququ qazanacaqlar. Rayon birinciliyinin qalib komandaları diplom, Fəxri fərman və kubokla təltif olunacaqlar.
 
Qeyd edək ki, “Şahin” hərbi-idman oyunu Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə qərarına əsasən təşkil edilir.
 
“Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işini daha da gücləndirmək, məktəblilərin hərbi hazırlıq səviyyəsini yüksəltmək, Çağırışaqədərki hazırlıq fənninin tədrisini təkmilləşdirməkdən ibarətdir.  








Redaktorun seçimi