DGK İctimai şuranın üzvləri şəhid gömrük əməkdaşının ailəsini ziyarət ediblər

Hit: 430
DGK İctimai şuranın üzvləri şəhid gömrük əməkdaşının ailəsini ziyarət ediblər
Dövlət Gömrük Komitəsi yanında İctimai şuranın üzvləri şəhid gömrük əməkdaşı Ülvi Hacıyevin II Şəhidlər Xiyabanındakı məzarını ziyarət ediblər.
 
Şəhidin ailəsi ilə görüşən Şura üzvləri Ülvi ilə bağlı xatirələri dinləyib, vətənpərvər övlad böyütdükləri üçün şəhidin valideynlərinə minnətdarlıqlarını bildiriblər.
 
Qeyd olunub ki, Azərbaycan xalqının qürur mənbəyi olan qəhrəman şəhidlərimiz daim qəlblərdə yaşayacaq, onların xatirələri hər zaman əziz tutulacaq.
 
Qeyd edək ki, Vətən Müharibəsi başlayanda könüllü olaraq döyüşlərə yollanan Ülvi Hacıyev 2020-ci il oktyabrın 19-da qəhrəmancasına şəhid olub.








Redaktorun seçimi