Yol Polisi İdarəsi Ramazan bayramı ilə əlaqədar sürücülərə müraciət edib

Hit: 429
Yol Polisi İdarəsi Ramazan bayramı ilə əlaqədar sürücülərə müraciət edib
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar sürücülərə müraciət edib.
 
Bu barədə Faktor.az-a Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
 
Bayram günləri ilə əlaqədar qeyri-iş günlərində avtonəqliyyat vasitələrində səfərə çıxanların sayının əhəmiyyətli dərəcədə artacağını nəzərə alaraq, sürücü və sərnişinlərdən bir sıra qaydalara ciddi əməl etmələri xahiş olunur.
 
Bildirilib ki, ilk növbədə, səfərə hazırlaşan sürücülər bayram günlərində xoşagəlməz hadisələrin yaşanmaması üçün nəqliyyat vasitələrinin sazlığına diqqət yetirməli, hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamalı, sərnişinlər də bu qaydaya sözsüz əməl etməlidirlər.
 
“Dəyərli sürücülər, yorğun, yuxusuz halda sükan arxasına əyləşməkdən çəkinin, uzaq məsafə qət edərkən Dövlət Yol Polisinin stasionar postlarında yaradılan şəraitdən istifadə etməklə qısa müddətli olsa da istirahət edin.
 
Unutmayın ki, sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi riayət etmək, yol və hava şəraitini düzgün qiymətləndirmək həm özünüzün, sərnişinlərinizin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün vacib şərtdir”, - deyə müraciətdə qeyd edilib.








Redaktorun seçimi