Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir

Hit: 826
Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir
Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi prosesi uğurla gedir. Bu sahədə aparılan islahatlar, əldə edilmiş nailiyyətlər Azərbaycanda məhkəmə-hüquq sisteminin möhkəmlənməsinə, şəffaflığın artırılmasına gətirib çıxarmışdır. Bildiyiniz kimi məhkəmə sistemində şəffaflıq və ədalətin tam bərqərar olması ümumi demokratik inkişafımıza müsbət təsir göstərir.
 
Son illər məhkəmələrlə bağlı qanunvericiliyə dəyişikliklər, eləcə də bu sisteminin müasirləşdirilməsi məqsədilə dövlət başçısının imzaladığı fərmanlar ədalət mühakiməsinin səmərəliliyinin artırılma­sı baxımından son dərəcə əhəmiyyətli olub. Bu günlərdə Ali Məhkəməyə yeni hakimlərin təyin edilməsi, bu sahədə atılan bütün addımlar həmçinin məh­kəmə-hüquq islahatlarının uğurlu nəticələ­rini hər bir vətəndaş gündəlik həyatında hiss edir.
 
Bakı Apelyasiya məhkəməsinin hakimi işlədiyi dövrdə Aida xanım Hüseynin icraatında mənim vəkil kimi bir sıra işlərim olmuşdur. Həmin işlərə obyektiv, qərəzsiz və yüksək peşəkarlıqla baxılmışdır. Ötən gün Ali Məhkəməyə hakim təyin olunan Aida xanıma işlərində uğurlar arzulayıram.

Bir sözlə Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir.

Vəkil Əziz Quliyev








Redaktorun seçimi