Günel Həsənova ABŞ səfirini doğulduğu Ağdama dəvət etdi - VİDEO

Hit: 969
Günel Həsənova ABŞ səfirini doğulduğu Ağdama dəvət etdi - VİDEO
ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin (AAA) sədri Günel Həsənova Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mark Libbini doğulduğu Ağdam şəhərinə səfər etməyə dəvət edib.
 
Bakıda ABŞ-ın Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə ABŞ Təhsilli Azərbaycan Məzunları qala gecəsi keçirilib.
 
Tədbirdə rəsmi qonaqlar, diplomatlar, tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Tədbirdə çıxış edən ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin (AAA) sədri Günel Həsənova Qarabağın ərazi bütövlüyü mövzusuna toxunaraq baş verən hadisələrə diqqət çəkib. O səfir Mark Libbini  doğulduğu Ağdam şəhərinə səfər etməyə dəvət edib.
 
Gözlənilməz dəvət səfir və məzunlar tərəfindən xoşməramla qarşılanıb.








Redaktorun seçimi