AzTU universitet-məktəb əməkdaşlığını inkişaf etdirir

Hit: 181
AzTU universitet-məktəb əməkdaşlığını inkişaf etdirir
Azərbaycan Texniki Universiteti (AzTU) ilə orta məktəblər arasında əməkdaşlıq inkişaf etdirilir. Əməkdaşlıq çərçivəsində Abşeron rayonu Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbin müəllim və şagirdləri AzTU-ya səfər edib. 
 
Əvvəlcə AzTU-nun tanıtım videoçarxı nümayiş olunub.
 
Sosial İnkişaf Mərkəzinin əməkdaşı Eyvaz Məhəmmədli universitetdə görülən işlər, həyata keçirilən yeniliklər barədə məlumat verib. Universitetin tarixi, fakültələr, ixtisaslar, beynəlxalq əlaqələr, ikili diplom proqramları, laboratoriyalar, karyera imkanları və digər vacib məlumatlar da məktəblilərin diqqətinə çatdırılıb. Daha sonra qonaqlar AzTU-nun müasir laboratoriyaları və sinif otaqları ilə tanış olublar.








Redaktorun seçimi