AzTU SAP Universitetlər Alyansına üzv oldu

Hit: 206
AzTU SAP Universitetlər Alyansına üzv oldu
Azərbaycan Texniki Universiteti (AzTU) Almaniyanın müəssisə resurslarının planalaşdırılması sahəsində məşhur proqram təminatı şirkəti olan SAP-ın Qlobal SAP Universitetlər Alyansına üzv olub. Alyansın məqsədi SAP-ın məhsulları, şirkətin tədris və tədqiqat sahələrində həyata keçirdiyi layihələr barədə üzv universitetləri məlumatlandırmaq və onlarla birgə təşəbbüsləri həyata keçirməkdir.
 
AzTU-nun üzv seçilməsi və bununla bağlı imkanların müzakirəsi məqsədilə Alyansın region üzrə meneceri Yuri Kuprianovun iştirakı ilə universitetdə görüş keçirilib. Görüşdə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov, universitetin İctimai şurasının sədri Osman Gündüz, İqtisadiyyat və statistika kafedrasının müdiri Arzu Süleymanov, Beynəlxalq ticarət, logistika və marketinq kafedrasının müəllimi, AzTU-nun SAP üzrə koordinatoru Nuran Süleymanova və kafedranın digər əməkdaşları iştirak edib.
 
Söhbət zamanı Alyansın univeristetlər üçün yaratdığı imkanlar, habelə AzTU-nun professor-müəllim heyəti, tələbələr və tədqiqatçıların fevral ayından başlayaraq SAP-nin qlobal təlim sessiyalarına cəlb olunması və digər əməkdaşlıq məsələləri müzakirə edilib.








Redaktorun seçimi