Modul tipli texnologiya otağının yaradılması ilə şagirdlərin düzgün peşə seçiminə dəstək”
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində qalib olan "Modul tipli texnologiya otağının yaradılması ilə şagirdlərin düzgün peşə seçiminə dəstək” layihəsinin bağlanış mərasimi keçirilib.
Bağlanış tədbirində şagirdlərin modul tipli texnologiya otağında hazırladıqları əl işlərindən ibarət sərgi təşkil olunub.
Layihədə qeyd olunan "Dərziliyi öyrənək", "Xalça toxumağı öyrənək", "Mən ustayam" və "Dadlı yemək pişirək" adlı təlimlərdə iştirak edən şagirdlər bağlanış mərasimində sertifikat ilə təltif olunublar.
Layihənin məqsədi məktəbdə zəruri avadanlıqlarla təhciz olunmuş modul tipli texnologiya otağının yaradılması ilə şagirdlərdə həyati bilik-bacarıqlarının inkişaf etdirilməsinə, ilkin peşə vərdişlərinin, müəyyən məişət qabiliyyətlərinin yaranmasına, texnologiya fənninin səmərəli tədrisinə və ən əsas da şagirdlərin gələcəkdə düzgün peşə seçiminə dəstək olmaqdan ibarətdir.
Layihədə iştirak edən təlimçilərimizə və şagirdlərimizə təşəkkür edirik.