Ordubadda təntənəli mərasim keçirilib

Hit: 456
Ordubadda təntənəli mərasim keçirilib

Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə tədbir keçirilib

Ordubad Rayon Mədəniyyət Sarayında Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib.
 
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
 
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli muxtariyyətin 100 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, 2024-cü il fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” imzaladığı Sərəncamın muxtariyyətin 100 illiyinə ən böyük ərməğan olduğunu bildirib. İcra başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvanda son illər əldə olunan nailiyyətlərdən danışıb.
 
AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev çıxışında muxtariyyətin yaranması ərəfəsində regionda ictimai-siyasi vəziyyət, Moskva və Qars müqavilələrinin bir əsr boyunca Naxçıvanın Azərbaycanın tərkibində qalmasında böyük rolundan danışıb.
 
Sonra Naxçıvan Dövlət Televiziyasının muxtar respublikanın yaradılmasının 100 illiyi ilə bağlı hazırladığı sənədli film nümayiş olunub.
 
Tədbirdə Ordubad Rayon Mədəniyyət Sarayının “Dübəndi” instrumental ansamblının ifasında bayram əhvali-ruhiyyəli, vətənpərvərlik ruhunda musiqilər, rəqs nümunələri təqdim edilib.








Redaktorun seçimi