AzTU-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

Hit: 175
AzTU-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) YAP Yasamal rayon təşkilatı, universitetin Humanitar fənlər kafedrası, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib.
 
Tədbirdə çıxış edən Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev və kafedranın müəllimi Afaq Zeynalova ölkəmizdə Azərbaycan dilinin saflığının qorunması istiqamətində görülən işlər və həyata keçirilən tədbirlərdən danışıblar.
 
Qeyd olunub ki, ana dilimiz bizim milli sərvətimizdir. Onun qorunması və gələcək nəsillərə olduğu kimi ötürülməsi hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
 
Çıxışlardan sonra tədbir tələbələrin ifasında ana dilimizə həsr olunan şeir və mahnılarla davam edib.








Redaktorun seçimi